Yazını böyüt
Yazını kiçilt
"Bəhram Bağırzadənin vəziyyəti ağırdır, hazırda reanimasiyadadır".
Hafta.az xəbər verir ki, bunu mətbuata açıqlamasında, Əməkdar artist Bəhram Bağırzadənin həyat yoldaşı Şəhla Bağırzadə deyib.
Aktyorun hazırda Mərkəzi Gömrük Hospitalında olduğunu bildirən Ş. Bağırzadə onun xaricə aparılmayacağını vurğulayıb:
"Xaricə aparılmaq məsələsi yoxdur. Lazım olan hər şey burda edilir".
Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadə koronavirusa yoluxub.