"Xankəndidə ermənilər tam nəzarətə götürülməlidir" - Rəy

12:05 16.09.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

"Xankəndidə terror törətmək istəyən erməni təbii ki, qabaqcadan bu aktı hazırlayıb".

Bunu hafta.az-a açıqlamasında siyasi ekspert Məhəmməd Əsədullazadə deyib. Bildirib ki, həmin şəxsin bu terroru törətməkdə məqsədi və əlaqələri üzə çıxacaq.

Ekspert qeyd edib ki, hazırda orada beş-on erməni qalıb:

"Göründüyü kimi, bizə qarşı içimizdə yaşayaraq düşmənçiliklərini davam etdirirlər. Orada yaşayan digər ermənilər tam nəzarətə götürülməlidir. Bu, bir daha sübut edir ki, Zəngəzur dəhlizində onlarla bizim təmasımız olmamalıdır".