Yazını böyüt
Yazını kiçilt
Saatlı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirilən reydlər nəticəsində rayon ərazisində yerləşən "Xəyal" şadlıq sarayında təşkil olunan toy məclisində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan hafta.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə adı çəkilən sarayda keçirilən toy mərasimində icazə verilən həddən artıq sayda - 168 nəfər qonağın iştirak etməsi müəyyən edilib.