"Xocasən" stansiyası açılışa tam hazırdır - RƏSMİ

11:23 27.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı metropoliteninin "Xocasən" stansiyası və "Xocasən" elektrik deposunda tikinti-quraşdırma işləri tam başa çatıb. 


Hafta.az-ın məlumatına görə, bunu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İdarə heyəti sədrinin müavini Hidayət Məmmədov deyib. 


Qurum rəsmisi bildirib ki, hazırda stansiyada sınaq işləri aparılır:

 

"Stansiyanın ilin sonuna kimi istifadəyə verilməsi gündəmdədir. Artıq stansiya və elektrik deposunda işlər yekunlaşıb və sınaq-sazlama işləri aparılır, qatarların hərəkətinin təşkili son mərhələdədir. İşlər tam başa çatdırılandan sonra stansiya sərnişinlərin istifadəsinə veriləcək".