"Yanvarin 13-dən 23-dək bütün rus ordusu Qazaxıstandan çıxacaq" - Prezident

10:55 11.01.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbi qüvvələri Qazaxıstan sülhü qoruma missiyasını tamamladı".
Hafta.az-ın yazdığına görə, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev deyib. Dövlət başçısı əlavə edib ki, KTMT qüvvələri konkret olaraq, yanvarın 13-dən etibarən Qazaxıstanı tərk etməyə başlayacaqlar. O, sülhməramlıların yanvarın 23-dək - 10 gün ərzində tamamilə ölkəni tərk edəcəklərini bildirib. 
Qeyd edək ki, KTMT-nın üzvü olan Rusiya, Belarus, Qırğızıstan, Tacikistan və Ermənistandan toplam 2500 əsgər prezident Kasım-Jomart Tokayevin tələbi əsasında Qazaxıstana yeridilmişdi.
Siyasət rubrikasından digər xəbərlər