Yazını böyüt
Yazını kiçilt
Xəbər verdiyimiz kimi, Yaponiyanın Xarici İşlər Nazirliyi Azərbaycan da daxil olmaqla, bir çox Avropa ölkəsinin yaşı 20-dən yuxarı olan fəal gənclərinin - bakalavr, magistr pilləsi tələbələri və işləyən gənclərinin Yaponiya haqda bilik və anlayışlarının artırılması məqsədilə həyata keçirilən "MİRAİ" proqramında iştiraka dəvət edib. Mövzusu "Qanunun aliliyi" adlanan proqramda iştirak etmək istəyənlərin müraciət etməsi üçün qoyulan möhlət fevralın 14-də başa çatır. Təbii ki, ingilis dilində reallaşdırılan proqrama müraciət edənlərin sayının daha da çox olması üçün Yaponiyanın ölkəmizdəki səfirliyi də təbliğatını davam etdirir.
Artıq bir neçə ildir azərbaycanlı gənclərin də qatıldığı "MİRAİ" proqramında 2020-ci ildə iştirak edərək uğur qazanan gənclərdən biri Yeganə Məmmədovadır. O, bildirir ki, "MİRAİ" proqramı hər bir şəxsin xəyallarını gerçəyə çevirən vasitədir. Şəxsən özü üçün göydəndüşmə fürsət hesab etdiyi bu proqram barədə söz açan müsahibimiz oxumaq istəyən hər bir kəsi şansını sınamağa dəvət edir.
Dəvət öz yerində, bəs Yeganə özü necə oldu ki, "MİRAİ" proqramına qatıldı? Gəlin Yaponiyanın ölkəmizdəki səfirliyinin facebook səhifəsinə istinadən, bu barədə müsahibin öz dilindən eşidək:

- Coğrafi baxımdan Azərbaycandan çox-çox uzaqlarda yerləşən Yaponiyaya getmək, bu qədim ölkənin zəngin mədəniyyətini, məişətini görüb-öyrənməyi özüm üçün əlçatmaz hiss etmişəm və ümumiyyətlə, bunu ağlıma belə gətirməzdim. Baxmayaraq ki, yapon mədəniyyətini görmək arzum idi. Günlərin birində "MİRAİ" proqramını əks etdirən elanla rastlaşdım. Elə bil ürəyimə dammışdı ki, bu proqram arzularıma aparan yoldur və heç nə düşünmədən müraciət etmək qərarına gəldim. Bayaq dediyim kimi, bu, Yaponiya zəngin mədəyyətinin canlı şahidi olmaq, yapon cəmiyyətinin müasir iqtisadi-sosial inkişafını görmək, eyni zamanda ixtisasıma uyğun elmi-mədəni konfranslarda iştirak etmək üçün ələdüşməz fürsət idi. Bəxtimdən proqramın şərtləri və nəticəsi də gözləntilərimə uyğun düşünülmüşdü. Belə deyim: arzularıma uşıq yandıran bu proqramdan yararlandığım üçün çox xoşbəxtəm.

- Hazırda nə işlə məşğulsunuz, elmi araşdırmalarınız davam edirmi?
- Fransada beynəlxalq və transmilli hüquq üzrə magistr təhsili alıram. Eyni zamanda, beynəlxalq hüququn müxtəlif sahələri üzrə tədqiqatlar aparmaqdayam. Artıq bu müstəviddə çox sayda elmi məqalələrim də dərc olunub.
- "MİRAİ" proqramına qayıdaq, artıq bu şansdan istifadə edən bir şəxs kimi, gənclərə nə məsləhət verərdiniz? Sizcə gənclər konkret olaraq hansı sahələr üzrə proqrama qatılsalar daha yaxşı olardı?
- "MİRAİ" proqramının daha çox hüquq və beynəlxalq münasibətlər, eyni zamanda siyasi və inzibati idarəetmənin müxtəlif sahələrində təhsil alan və çalışan gənclər üçün faydalı olduğunu düşünürəm. Fikrimcə bu proqram qeyd etdiyim sahələr üzrə gənclərə baxış bucağı qazandıra, elmi və işgüzar müstəvidə onların inkişafına stimul verə bilər.
- Proqram ərzində bir müddət Yaponiyada yaşadınız, maraqlıdır, nə kimi xatirələriniz var?..
- Proqram müddətində qazandığım bir-birindən maraqlı və hər biri özüm üçün yeni sayılacaq xatirələrim yaşayır yaddaşımda. Məsələn, ənənəvi çay mərasimi, zen meditasiya təcrübəsi, dini ayinlər və yapon döyüş sənəti performansları, Hirosima faciəsindən salamat qurtulan, öz təsirli həyat fəlsəfəsi ilə bizi təəccübləndirən bir xanımla tanışlıq və sair heç vaxt yadımdan çıxmayacaq. Bir nüansa da diqqət çəkim: yapon xalqının özünəməxsus qonaqpərvərliyi və yardımlaşma ənənəsi var ki, bunlar orada olduğum müddətdə məni sözün yaxşı mənasında heyrətləndirib. Yaponlar hər zaman gördükləri nabələd insanlardan nə kimi kömək lazım olduğunu soruşur, problemlərin həllində onlara yardım göstərməyə çalşırlar. Məsələn, bir dəfə təxminən iyirmi nəfərlik qrupla Tokio metrosuna daxil olmaq istədikdə, tanımadığımız bir şəxsin bizə bilet almaq üçün necə böyük səbrlə kömək etdiyini unutmayacağam. O, dəstəmizdəki hər kəsin bilet aldığına əmin olmadan bizdən ayrılmadı. Adam o qədər səbrli idi ki, eyni şeyi dəfələrlə təkrarlayaraq bizi başa salırdı...
- Siz proqramda, səhv etmirəmsə, "Qanunun aliliyi" mövzusunda iştirak etmisiniz. Proqramda nələri öyrətdilər, bunlar sonrakı təhsilinizdə və təcrübənizdə köməyinizə çatırmı?
- "MİRAİ" proqramı çərçivəsində ixtisasıma uyğun olaraq Yaponiya hüquq sistemi və qanunun aliliyi sahəsində də xeyli məlumatlar əldə etmişəm. Əvvəllər çox sayda tədbirlərdə iştirak etsəm də, bu proqramda öyrəndiyim hər şey mənim üçün tamamilə yenidir. Bu da təbii ki, Yaponiya hüquq sisteminin və hüquq düşüncə tərzinin unikallığından irəli gəlir. Xüsusilə də investisiya hüququ sahəsində qazandığım biliklər indiki təhsilimdə bu sahəni ön plana çəkməyimə, bu müstəvidə daha çox araşdırmalar apararaq ixtisas sahəmi daha da genişləndirməyimə təkan verib.
- Proqramda qalib olmaq üçün hansı məqamlara fikir vermək, müsahibə zamanı nələri nəzərə almaq lazımdır?
- Fikrimcə, "MİRAİ"yə qatılmaq istəyənlər üçün ilk növbədə güclü motivasiya, proqramdan qazanılan bilgiləri daha sonra tətbiq edərək faydalı ola biləcəkləri bir fəaliyyət sahəsində olmaları əsas şərtdir. Bu şərtlər mövcuddursa, artıq seçim mərhələsi daha da rahatlaşır. Sizə yalnız ilkin yazılı və müsahibə ərəfəsində bu fikir və ideyaları düzgün və səmimi şəkildə çatdırmaq, eyni zamanda öz güclü və fərqləndirici tərəflərinin fərqinə vararaq onları daha yaxşı təqdim etmək bacarığı lazım olacaq. Digər tərəfdən, proqrama qəbul olunmaqla yanaşı, ondan daha yaxşı faydalanmaq üçün ingilis dilini mükəmməl bilmək lazımdır. Belə demək mümkündürsə, səmimi, sadə və orijinal olmağa çalışın ki, çox sayda başqa namizədlərdən fərqlənə biləsiniz.