“Rusiyanın Azərbaycana qarşı bu cür aqressiv, məsuliyyətsiz və çılğın davranması onun çöküşünün göstəricisidir. Regiondan çıxışının qarşısını ala bilməyəcəyini hiss edən Rusiya Azərbaycan kimi özünün mövqeyi, sözü olan ölkələrə qarşı hücumlar edib nəyəsə nail olacağını düşünür. Amma yanılır. Çünki proseslər heç də onun xeyrinə deyil”.
Bu barədə hafta.az-a siyasi şərhçi Azər Həsrət bildirib.

Ekspert Rusiyanın Azərbaycana qarşı ideoloji, hərbi hücumlarının yaxın tariximizdə qoyduğu izlərinə diqqət çəkib:
“Bir vaxtlar SSRİ-nin tərkibindən ayrılan zaman Azərbaycan belə bir mərhələni adladı. SSRİ-nin dağılması prosesində Rusiya keçmiş sovet respublikaları arasında Azərbaycana qarşı son dərəcə aqressiv vandal davranışları ilə yadda qaldı. Müstəqilliyini əldə etmək sitəyən ölkələrə, o cümlədən Azərbaycana qoşun dəsətələrini göndərdi və böyük faciələrə səbəb oldular. Bu mənada Azərbaycan cəmiyyəti 20 Yanvar faciəsini, sonralar Xocalıda erməni hərbi dəstələri ilə törədilən soyqırımı unutmayacaq. Bu hadisələri Rusiya törətdi və düşünürəm ki, imperiya hikkəsi davam etdikcə, belə təhlükələr qalır. Amma bu bizi narahat etmir. Çünki Azərbaycan xalqı nə qədər acı olsa da, bu təcrübəni keçib”.
A.Həsrət Rusiyada Azərbaycana qarşı aparılan informasiya müharibəsində yer alan ədalətsiz çıxışlara da birmənalı yanaşmayıb:
"Rusiyada heç bir müstəqil media qurumu yoxdur. Varsa da onların bir çoxlarının rəhbrləri, işçiləri ölkədən qaçıblar. Qalanları isə Rusiya hökimətinin cızdığı xətlə, çərçivədə hərəkər etdir. Biz bunu TASS-ın Xankəndi əvəzinə “Stepanakert”, “Dağlıq Qarabağ” ifadələrini tirajlamasında, Ayvasovski heykəlinin sökülməsi ilə çaldıqları həyacan siqnalında gördük. Qonşu dövlətin suverenliyinə və müstəqilliyinə hörmət etməyən dövlətdən bundan başqa hərəkət gözləməyə də dəyməz. Bunlar ürək bulandırsa da, bizi qorxutmur. Çünki deyəcəkləri varsa, deyəcəyimiz var, edəcəkləri varsa, edəcəyimiz".
Tahirə Qafarlı