1,5 milyon kuryer var, yenə işçi çatışmır

09:26 01.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Kuryer işi Rusiyada ən çox tələb olunan və normal maaş verilən peşələrdəndir.

Hafta.az-ın “Novye İzvestiya” portalına istinadən yazdığına görə, kuryerlərin sayı 1,5 milyona çatsa da, hələ də kadr tapmaqda çətinlik çəkən şirkətlər təqaüdçüləri və qadınları, eləcə də tələbələri işə götürməyə hazırdır.

Kadr çatışmazlığı səbəbindən kuryerlərin maaşları 2023-cü ildə 30-40 faiz artıb. Yandex-in qida xidməti bildirir ki, Moskvada avtomobil kuryerinin maaşı ayda 200 min rubla (2200 dollar) qədərdir. HeadHunter insan resursları xidmətinə görə, ölkə daxilində bir kuryerin orta əməkhaqqı 91-94 min rubl arasındadır.

Hazırda Rusiyada 1,5 milyon insanın kuryer işlədiyi təxmin edilir. HeadHunter rəsmiləri 2023-cü ildə şirkətlər tərəfindən işə götürülən 14-18 yaş arası kuryerlərin sayının 30 faiz artacağını açıqlayıb. Həmçinin 61 yaşdan yuxarı insanlar üçün işə qəbulda 26 faiz artım var. İşə götürülən qadınların sayı da 18 faiz artıb.

Ukraynaya qarşı müharibə və qismən səfərbərlik başlayandan Rusiya iqtisadiyyatı kadr çatışmazlığı ilə mübarizə aparır.

Oxunma sayı 139