10-11-ci sinif şagirdləri bütün dərslərini hələ ki, virtual formada keçəcəklər - Təhsil Nazirliyi

15:46 04.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı, Sumqayıt və Abşeronda 5-9-cu sinif şagirdləri həftədə iki dəfə məktəbə gələcəklər, qalan dərslərini isə virtual formada keçəcəklər.

Hafta.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, 10-11-ci sinif şagirdləri bütün dərslərini hələ ki, virtual formada davam etdirəcəklər.