Yasamalda ikimərtəbəli ev yandı

23:58 08.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Yasamal rayonu, Lev Tolstoy küçəsində ikimərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın söndürülüb.

Hafta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, yanğınsöndürənlərin həyata keçirdiyi zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının genişlənməsinə imkan verilməyib və alov qısa müddətdə söndürülüb.