10 noyabr üçtərəfli bəyanatının heç bir gizli bəndi mövcud deyil - Rusiya XİN

15:24 18.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

10 noyabr üçtərəfli bəyanatının bütün müddəaları ictimaiyyətə açıqlanıb və heç bir gizli bəndi və ya əlavəsi mövcud deyil.

Hafta.az-ın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2020-ci ilin yekunları ilə bağlı mətbuat konfransında deyib.

O, bildirib ki, bəyanat əsirlərlə bağlı məsələ istisna olmaqla çox effektiv icra olunur.