12 min erməniyə dünyanın heç bir yerində STATUS VERİLMİR

14:35 09.08.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Rusiya Müdafiə və Xarici İşlər nazirlikləri nə dəqər Ermənistandan Qarabağa köçü təşviq etsələr də, nə qədər buna milyonlarla rubl ayırsalar da, bu işin perspektivi yoxdur. Məsələn, Xankəndindəki separatçı rejimin rəhbəri Araik Arutyunyan Rusiyaya yazılı müraciət edərək Qarabağdakı köçkün ermənilər üçün 1000 modul ev istəyib.

Bu fikirləri hafta.az-a politoloq Elçin Alıoğlu deyib. Onun sözlərinə görə, tutaq ki, həmin modul evlər gəldi. Lap deyək, hərəsinə ikimərtəbəli villa tikildi və orada yaşadılar:

"Həmin ermənilər harada işləyəcək? İşləsələr belə, aldıqları maaşı harada və necə xərcləyəcəklər? Xərcləməyə yerləri olsa belə, nə alacaqlar? Almağa nələri olsa belə, onları harada emal və istehsal edəcəklər? Yəni suallar həddindən artıq çoxdur.

Və qarabağlı ermənilər hətta bu günlərdə belə məsələ qaldırıblar ki, Rusiya sülhməramlılarının əli ilə Qarabağda yeni SES tiksinlər. Çünki orada olan SES-lərin 97 faizi artıq ermənilərin əlində deyil... Bir sözlə, ermənilərin Azərbaycan torpağında yaşadığı yer gettoya dönüb. Orada rəsmi statistikaya görə 24 min 824 erməni var, reallıqda isə 12 mindən artıq deyillər. 12 min adama hansı statusdan söhbət gedə bilər?

Yəni hara baxsan, Rusiyanın niyyətləri qapalı həlqəyə düşür. Status vermək məqsədi olsa belə, 12 min erməniyə dünyanın heç bir yerində status verilmir. İkincisi, status ona görə verilməyəcək ki, Azərbaycanda Qarabağ ermənisi adlı etnos yoxdur. Talışlar, ləzgilər, udinlər var, tatlar, yəhudilər, dağ yəhudiləri, avarlar var və s. Bunlar hamısı xalqdır. Amma “qarabağlı erməni” adlı xalq dünyada, etnoqrafiya elmində də yoxdur. Yəni Rusiyanın bütün bu cəhdləri yalnız Velikorusiya şovinizminin təbliğatına, təşviqatına, eyni zamanda təsbitlənməsinə can atan qüvvələrin maraqlarına xidmət edir. Məlumdur ki, Rusiya da iki əsas təməl ideya var: “böyük Rusiya” və “biz qələbə qazanmış millətik”. 1945-ci ildəki qələbə ilə hələ də fəxr edən bir millətin gələcəyə doğru yönəlmiş sabit, səbatlı, praqmatik diplomatiyasını mən görmürəm..."