12 televiziya, 11 radio kanalının monitorinqi aparılıb

12:10 16.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi tərəfindən kütləvi informasiya vasitələri, internet resursları və reklam daşıyıcılarından indiyədək 60 sayt, 12 televiziya və 11 radio kanalı, eləcə də televiziyalarda nümayiş olunan dublyaj filmlərinin monitorinqi nəticəsində 15 minə yaxın dil faktı geniş təhlil edilib.

Hafta.az xəbər verir ki, Mərkəzin direktoru professor Sevinc Əliyeva qeyd edib ki, radiolarda ədəbi dil normalarına riayət olunma səviyyəsi, Azərbaycan dilinin düzgün tətbiqi ilə bağlı real vəziyyəti əks etdirən dil faktları və statistik göstəricilər bu sahədə ciddi nöqsanların olduğunu deməyə imkan verir.

Şöbə müdiri Vəfa İsmayılova qeydə alınan 4500 dil faktından 3484-nün hesabata daxil edildiyini, monitorinq nəticəsində 897 orfoepik, 790 leksik, 554 qrammatik, 1243 üslub və ifadə səhvinin müəyyənləşdirildiyini deyib. O, həmçinin radio aparıcılarının nitqində vurğunun düzgün işlədilməməsini, ayrı-ayrı səslərin, söz və ifadələrin, qrammatik formaların, abreviaturların yanlış tələffüzünü, qarşılığı olduğu halda əcnəbi sözlərdən istifadəni, söz sırasının pozulmasını, üslub və ifadə səhvlərini ciddi nitq nöqsanları kimi qeyd edib.

Oxunma sayı 168
Media rubrikasından digər xəbərlər