13 yaşlı qızı maşın vurub öldürdü

10:24 24.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıtda yol- nəqliyyat hadisəsi baş verib.

 

Hafta.az xəbər verir ki, hadisə şəhərin Zülfü Hacıyev küçəsində qeydə alınıb.

 

Məlumata görə, "Xəzər Azamand" markalı avtomobil yolu keçmək istəyən piyada 2009-cu il təvəllüdlü G.Babayevanı vurub. Qəza zamanı 13 yaşlı G.Babayeva aldığı xəsarətlərdən dünyasını dəyişib. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.