Əfqanıstan mətbuatının məlumatına görə, səhər saatlarında onlarla insan, o cümlədən Taliban administrasiyasının üzvləri Kabil hava limanında azad edilmiş iki Əfqanıstan vətəndaşı Molla Əbdül Zahir Sabir və Əbdül Kərimi qarşılayıb.
Hafta.az-ın yazdığına görə, qarşılamanın görüntüləri sosial şəbəkədə paylaşılıb.
Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Əbdül Mətin Kane dünən 14 ildir ABŞ-ın Quantanamo həbsxanasında olan iki Əfqanıstan vətəndaşının 7 il ev dustaqlığında saxlandıqları Omanda azadlığa buraxıldığını açıqlayıb.
Kane Molla Saberin 2002-ci ilin mayında ABŞ qüvvələri tərəfindən həbs edildiyini, bir müddət Əfqanıstandakı Beqram Hava Bazasında saxlanılaraq Quantanamoya göndərildiyini, Əbdül Kərimin isə 2002-ci ilin avqustunda Pakistan qüvvələri tərəfindən həbs edildiyini və bir müddət ABŞ hərbi qüvvələrinə təslim edildiyini və daha sonar Quantanamoya köçürüldüyünü bildirib.
Kane qeyd edib ki, adıçəkilən şəxslər 2017-ci ildə Quantanamo həbsxanasından Omana köçürülüb və son 7 ili orada “səyahət qadağası ilə müşahidə altında” qalıblar.
ABŞ rəhbərliyinin 11 sentyabr hücumlarından sonra terror ittihamı ilə həbs olunan insanları həbs etdiyi Kubadakı Quantanamo həbsxanası tez-tez pis rəftar və işgəncə iddiaları ilə gündəmə gəlir.