15 erməni əsgərin yanaraq öldüyü “hərbi hissə” azərbaycanlının evi olub -VİDEO

14:43 26.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yanvarın 19-da Ermənistan ordusunun 15 hərbçisinin ölməsi ilə nəticələnən yanğının baş verdiyi “hərbi hissə” ilə bağlı yeni fakt ortaya çıxıb. Azərbaycan Televiziyasının (AzTV) Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ermənilərin hərbi hissə adlandırdığı tikili əslində 35 il əvvəl yurd yerlərimizdən qovulan Basarkeçər rayonundakı Peşə məktəbinin müəllimi Kamandar Həsənovun evi olub.

“AZTV Xəbər”in komandası 35 ildir ki, evlərindən kazarma kimi istifadə edilən ailə ilə görüşüb, həmsöhbət olub. Vətən həsrəti ilə dünyadan nakam köçən Kamandar Həsənovun oğlu deyib ki, evlərini kadrlarda görən kimi tanıyıb.

Daha ətraflı “AZTV Xəbər”in reportajında tanış ola bilərsiniz:

 

Oxunma sayı 139
Siyasət rubrikasından digər xəbərlər