155 Azərbaycan vətəndaşı Dağıstandan avtobuslarla ölkəyə gətirilib

21:23 16.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün daha 155 Azərbaycan vətəndaşı Rusiyadan ölkəyə gətirilib.

Xarici İşlər Nazirliyindən hafta.az-a bildirilib ki, Dağıstanda olan 155 nəfər avtobuslarla Azərbaycana təxliyə olunub.

Azərbaycan vətəndaşlarının xarici ölkələrdən vətənə gətirilməsi prosesi davam edir.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qrafik üzrə bu gün 150 nəfərdən artıq Azərbaycan vətəndaşının ölkəyə keçməsinin təmin olunacağını demişdi.