ABŞ-ın Merilend ştatında 23 illik həbsdən sonra günahsızlığı sübuta yetirilən müsəlman məhbus azadlığa çıxıb.
Hafta.az-ın yazdığına görə, Merilend ştatının Baltimor şəhərində hakim Melissa Finn 1999-cu ildə köhnə dostu Hae Min Lini qətlə yetirməkdə ittiham olunan Adnan Syedin məhkumluğunu ləğv edərək prokurorların alternativ şübhəliləri lazımi səviyyədə araşdırmadığını və zəif sübutlar təqdim etdiyini müəyyənləşdirib. 23 il həbsxanada yatdıqdan sonra 41 yaşlı Syed son iclasda günahsız olduğu üzə çıxarıldıqdan sonra məhkəmə zalından qandalsız çıxıb.
Syedin davasındakı səhvlərdən bəhs edən "Podcast" serialı və "Adnanın hekayəsi" adlı kitab böyük maraq oyadıb. Vəkil Rabia Çaudri, Syedin ailəsi ilə birlikdə evə qayıtdığını göstərən görüntüləri Twitter-də paylaşıb.
ABŞ-dakı ən böyük müsəlman vətəndaş azadlıqları və müdafiə təşkilatı olan Amerika-İslam Münasibətləri Şurasının (CAIR) Merilend ştatının direktoru Zeynəb Kahudri, Syedin məhkumluğunu ləğv edən qərarı alqışladıqlarını söyləyib.
"Bugünkü dinləmə bizim bütün cinayət ədliyyə sistemimizin əsaslı şəkildə dəyişdirilməsinə ehtiyac olduğunu göstərdi. Biz cənab Adnan Syedin çoxdan gözlənilən məhkumluğunun ləğv edilməsini və azad olunmasını alqışlayırıq", - CAIR direktoru açıqlamasında bildirib.