19-cu mərtəbədən yerə düşən 40 yaşlı kişi sağ qaldı

11:00 10.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Voronej şəhərində 40 yaşlı kişi binanın 19-cu mərtəbəsindən park edilmiş avtomobilin üzərinə yıxılsa da, sağ qalıb. Əraziyə gələn ilk tibbi yardım qrupları şəxsi üzərinə düşdüyü avtomobilin üzərindən götürərkən, həmin şəxsin qrupların köməkliyi ilə ayağa qalxaraq təcili yardıma doğru getdiyi görülüb.

Hafta.az-ın yazdığına görə, müalicə olunan şəxsin sərxoş olduğunu bildirən səlahiyyətlilər, onun bu səbəbdən müvazinətini itirərək binadan yıxılmış ola biləcəyini bildiriblər.

Sağlamlıq yoxlamaları zamanı şəxsin beyin travması aldığını, barmaqlarında qırıqlar və onurğa beynində zədə olduğunu bildirən səlahiyyətlilər, müalicəsinə başlanan şəxsin səhhətinin yaxşı olduğunu açıqlayıb.

Şəxsin yıxılma anları ətrafdakı təhlükəsizlik kamerasına düşərkən, kişinin yıxıldığı avtomobil yararsız hala düşüb.