“20 Yanvar faciəsini kədərlə xatırlayırıq” – Ukrayna səfiri

13:50 20.01.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Biz Azərbaycan xalqı ilə birlikdə, Moskva rejiminin qoşunlarının vəhşicəsinə hərəkətləri nəticəsində 1990-cı il 20 yanvar tarixində törədilmiş faciəli hadisələri kədərlə xatırlayırıq”.

Hafta.az yazır ki, bu sözlər Ukraynanın ölkəmizdəki səfiri Yuriy Husyevin öz sosial səhifəsində paylaşdığı başsağlığı mətnində deyilir.

“Bu ağır gündə Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirir, günahsız qurbanların nurlu xatirəsi qarşısında dərin ehtiramla baş əyirik” yazan səfir Husyev qeyd edib ki, Azadlıq uğrunda canından keçən qəhrəmanların xatirəsi Ukrayna və Azərbaycanı birləşdirir, xalqlarımız arasında suverenliyin, ərazi bütövlüyünün, müstəqilliyin və insan ləyaqətinin birgə iddiası üzərində qurulan dostluğu daha da möhkəmləndirir.