Yazını böyüt
Yazını kiçilt
Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Valeh Tağıyevin işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə V. Tağıyev 7 il 6 ay azxadlıqdan məhrum edilib.
Qeyd edək ki, V.Tağıyev 6 nəfərə qarşı 200 min manatdan çox dələduzluq edib.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.