2021-ci il noyabrın 6-da Ermənistanın o vaxtkı müdafiə naziri general-mayor Arşak Karapetyan Azərbaycan Respublikasının Qarabağın dağlıq hissəsindəki ərazisində qondarılmış və hazırda artıq ləğv edilmiş separatçı-terrorçu rejimin müdafiə naziri Kamo Vardanyanın dəvəti ilə Xankəndinə gedib və qondarma “müdafiə ordusu” rəhbərliyinin işgüzar görüşündə iştirak edib, həmin görüş zamanı təhlükəsizlik məsələləri müzakirə olunub.
Hafta.az xəbər verir ki, bu haqda “Past” nəşri məlumat yayıb.
“Bütün bu müddət ərzində nə Nikol Paşinyan, nə də onun hökumətinin hər hansı digər nümayəndəsi artsaxa getməyə cəsarət etməmişdi və səfərlərlə bağlı suallara yayğın cavablar verdilər. Yəni Ağdamı vətəni adlandıran, müharibədən əvvəl pafoslu fotolar yayan hakimiyyət nümayəndələri artıq artsaxa getmirdilər”- deyə erməni nəşri davam edir.
Bilidirilir ki, Arşak Karapetyanın Qarabağa bu səfəri böyük səs-küyə səbəb olub və Paşinyan hökumətini narahat edib. Üstəlik, noyabrın 8-də, Nikol Paşinyan Qarabağdan qayıtdıqdan bir həftə sonra Arşak Karapetyanı Suren Papikyanla əvəz edib.
Qeyd edilir ki, rəsmi Bakı Karapetyanın Xankəndinə səfərini pisləyərək “Qarabağın qanunsuz hərbi qruplaşmaları ilə görüşlərin və onların döyüş imkanları barədə bəyanatların hərbi-siyasi təxribat olduğunu” bildirib..
Arşak Karapetyanın Qarabağa səfəri ilə bağlı diqqətçəkən bir tarixçə olduğu da vurğulanır.
“Etibarlı mənbəmiz bildirir ki, hətta indiki hakimiyyət daxilində də hadisə ilə bağlı generala hörmətlə danışırlar. Nazir əlində qumbara maşınla artsaxa yola düşüb və tabeliyində olanlara maşını qorxmadan idarə etməyi tapşırıb. O, həm də qeyri-hərbi formada getməyə, avtomobilin nömrələrini dəyişməyə, mayakları çıxarmağa razı olmayıb”, - deyə erməni nəşri yazır.