2022-ci ildə Azərbaycanda ÜDM 4,5% artacaq - AYİB

16:41 10.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2022-ci ildə Azərbaycanda ümumdaxili məhsulun (ÜDM) real ifadədə artımını 4,5% proqnozlaşdırıb.

Hafta.az xəbər verir ki, bu barədə AYİB-in “Regional Economic Prospects” hesabatının may buraxılışında bildirilib. Məlumata görə, bu, ötən ilin noyabr proqnozu ilə müqayisədə 1,3% bəndi çox, bu ilin mart ayı proqnozu ilə müqayisədə isə 0,5% bəndi azdır.