2024-cü ildə dünyada ən çox danışılan 10 dil açıqlanıb

09:45 15.10.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dünyada 7 mindən çox dildə danışılsa da, dünya əhalisinin əksəriyyətinin yalnız bir neçəsindən istifadə etdiyi məlumdur. Vətəndaşlar beynəlxalq ünsiyyətdə və karyera planlamasında fərq yaratmaq üçün ən çox danışılan dilləri öyrənmək üçün ana dillərindən əlavə 2-3 dil öyrənmək üçün kurslar keçirlər.

Hafta.az olaraq 2024-cü ildə dünyada ən çox danışılan dillərin siyahısını təqdim edirik:

İngilis dili siyahıda birinci yeri tutur. Məlumata əsasən bu dildə 1 milyard 456 milyon nəfər danışır. İngilis dilini ana dili olaraq qəbul edənlərin sayı cəmi 380 milyon nəfər olsa da, ikinci dil kimi danışanların sayı 1 milyard 77 milyon nəfərdir.

Siyahının ikinci pilləsində Mandarin dili qərarlaşıb. Bu dildə toplam 1 milyard 138 milyon nəfər danışır. B dili ana dili hesab edənlər 939 milyon nəfər, ikinci dil kimi istifadə edənlərin sayı isə 199 milyon nəfərdir.

Digər dillər bu ardıcıllıqla sıralanıb:

Hind dilində 610 milyon nəfər danışır. Bu dili 345 milyon nəfər ana dili, 266 milyon nəfər isə ikinci dili olaraq qəbul edir.

İspan dilində ümumilikdə 559 milyon nəfər danışır. Onlardan 485 milyon nəfər portuqalcanı ana dili hesab etsə də, 74 milyon nəfəri ikinci dil olaraq danışır.

Siyahıda beşinci olan fransız dilində 310 milyon nəfər danışır. Fransızcanı ana dili hesab edənlərin sayı 81 milyon, ikinci dil kimi istifadə edənlərin sayı isə 266 milyon nəfərdir.

274 milyon nəfərin danışdığı ərəb dili siyahıda altıncı pillədə qərarlaşıb.

Benqal dilində də toplam 274 milyon insan danışır. Onların əksəriyyəti - 234 milyonu benqalcanı ana dili olaraq qəbul edir, 39 milyon nəfər isə ikinc dil olaraq danışır.

Siyahının səkkizincisi olan portuqal dilində 264 milyon nəfər danışır. Portuqalcanı ana dili hesab edənlərin sayı 236 milyon nəfərdir, 27 milyon nəfər isə ikinci dil olaraq danışır.

Rus dili siyahıda doqquzuncu olab 255 milyon nəfəri əhatə etməkdədir. 147 milyon nəfər bu dili ana dili olaraq qəbul edir, 108 milyon nəfər isə ikinci dil kimi danışır.

Siyahıda ilk onluğu 232 milyon nəfərin danışdığı urdu dili tamamlayır. Urdu dilini ana dili hesab edənlərin sayı cəmi 71 milyon, ikinci dil olaraq danışanların sayı isə 161 milyon nəfərdir.