Yazını böyüt
Yazını kiçilt
2024-cü ildə aparılan araşdırmaya görə, dünya əhalisi arasında ən çox qəzəb və stress səviyyəsi yaşanan ölkələr müəyyən edilib.
Hafta.az-ın “Nokta” qəzetinə istinadən yazdığına görə, siyahıda ilk pillədə Ermənistan qərarlaşıb. Ermənistan əhalisinin 45 faizinin əsəbi olduğu üzə çıxıb. Siyahıda ikinci yeri 45 faizlə Mərakeş, üçüncü yeri isə 44 faizlə İraq tutub.
Əhalisinin 43 faiz qəzəbli olan İran siyahıda dördüncü və eyni faizlə Fələstin 5-ci olub.
Siyahıda altıncı olan qardaş ölkə Türkiyə əhalisinin 40 faizi, yeddinci olan Afrika ölkəsi Niger əhalisinin 39, Çad əhalisinin isə 38 faizi qəzəblidir.