2024-cü ildə ən çox internet istifadəçisi olan ölkələr

09:48 23.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Artıq internet dünyanın hər yerində insanların həyatının bir parçasına çevrilib.

Hafta.az-ın “Exploding Topics”ə istinadən yazdığına görə, amma heç də bütün ölkələrdə insanların internetə əlçatanlığı eyni səviyyədə deyil. 

Beləliklə, dünyada ən çox internet istifadəçiləri olan ölkələrin siyahısını diqqətə çatdıraq:

1. Çində internet 1,05 milyard nəfər və ya bütün əhalinin 74,36 faizi internetdən istifadə edir. 2. Hindistanda 692 milyon insan və ya əhalinin 49,15 faizi internetdən yararlanır. 3. ABŞ-da internet istifadəçilərinin sayı 311,3 milyon nəfərdir ki, bu da ümumi əhalinin 93,79 faizi deməkdir. 4. İndoneziya əhalinin 77,76 faizi və ya 212,9 milyon nəfəri internetdən istifadə edir. 5. Braziliya 181,8 milyon insan internetdən istifadə edir ki, bu da əhalinin 84,83 faizidir. 6. Rusiyada ümumi əhalinin 88,98 faizi və ya 127,6 milyonu internetdən yararlanır. 7. Nigeriyada 122,5 milyon nəfər internet istifadəçisi yaşayır ki, bu da əhalinin 57,41 faizinə bərabərdir. 8. Yaponiyada internet istifadəçilərinin sayı 102,5 milyon nəfərdir, yəni əhalinin 81,54 faizi. 9. Meksikada internet istifadəçilərinin sayı 100,6 milyon nəfərdir ki, bu da əhalinin 79,4 faizi deməkdir. Pakistanda əhalinin 37,75 faizi və ya 87,35 faizi internet istifadəçisidir. Türkiyədə internet istifadəçilərin sayı 71,38 milyon nəfərdir ki. Bu da ümumi əhalinin 84,19 faizinə bərabərdir.