21 yaşlı oğlan özünü binadan atdı

22:18 15.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən gün Sumqayıtda intihar hadisəsi baş verib.

 

Hafta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhərin 41-ci məhəllə ünvanında yaşayan 2003-cü il təvəllüdlü Mürvətov Elvin Vüqar oğlu canına qəsd edib.

O, yaşadığı 5-ci mərtəbədə yerləşən mənzilin pəncərəsindən özünü yerə atıb.

 

Faktla bağlı araşdırma aparılır.