25 yaşlı arvadını qətlə yetirdi

14:20 24.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Abşeronda qadın öldürülüb.

Hafta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu gün 13:30 radələrində Abşeron rayonu Masazır qəsəbəsində 1998-ci il təvəllüdlü İsaqova Səkinəxanım Vaqif qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Qeyd edilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının həyat yoldaşı 1995-ci il təvəllüdlü Musayev Elnur Nurəli oğlu könüllü polisə gələrək təslim olub. O, saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.