Yazını böyüt
Yazını kiçilt
Bu ilin yanvar-mart ayları ərzində prokurorluq orqanları tərəfindən 265 şəxs barəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Bu barədə hafta.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə Baş Prokurorluq tərəfindən kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gününrəqəmi həştəqi ilə məlumatlar yerləşdirilir. Baş Prokurorluğun sosial şəbəkələrdəki səhifələrini izləməklə prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq mümkündür.