27 sentyabrda 4000 QHT-dən 1128-i Prezidentə dəstək bəyanatı verdi – Rauf Zeyni

13:22 30.08.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda 4000-ə qədər QHT dövlət qeydiyyatına alınıb. Az deyil. Amma bununla bərabər 27 sentyabrda əks hücum əməliyyatları barədə əmr veriləndə cəmi 1128 QHT ölkə Prezidentinin siyasətini dəstəkləməsi haqqında bəyanat verdi.

Bu fikirləri hafta.az-a Milli QHT Forumunun rəhbəri Rauf Zeyni deyib.

Onun sözlərinə görə, sual olunur: bunların qalanı harda idi. Onlar demək olar ki, yoxdur. Sadəcə qeydiyyatdan keçiblər:

“Biz heç bir QHT-yə nəzarət eləmirik. QHT azad bir qurumdur, müstəqil ictimai birlikdir.  Biz sadəcə onların koordinasiyasını həyata keçiririk.  Milli QHT Forumunun nizamnaməsinə görə biz üzv təşkilatlarımızın daxili işlərinə qarışmırıq. Məsələn, elə ideyalar var ki, siz onu ancaq gerçəkləşəndə görürsüz. O təklifi kim verdi, kim ona lobbiçilik etdi,  bilmirsiz”.