28 il sonra Zəngilandakı evinə ayaq basdı - VİDEO

23:59 13.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

1993-cü ildə azyaşlı uşaqları ilə birlikdə Zəngilan rayonundan didərgin düşən Sürəyyə Məmmədova 28 il sonra doğma yurduna ayaq basıb.

 

Hafta.az xəbər verir ki, uşaqlığı və gəncliyi Zəngilanın 2-ci Ağalı kəndində keçən S.Məmmədovanı viran olmuş evlər və dağıdılmış qəbirlər qarşılayıb.

 

35 yaşında həyat yoldaşını itirdikdən sonra 5 uşağı ilə Zəngilanı tərk edən Sürəyya Məmmədova doğma yurdunu heç vaxt unutmadığını deyir.