3 COVID xəstəsi saxlanıldı

09:38 23.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Noyabrın 22-də polis əməkdaşları tərəfindən respublika ərazisində 3 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

 

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) hafta.az-a verilən məlumatda bildirilib.

 

Rəsmi məlumata görə, polis əməkdaşları “COVID-19” virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb.

 

Tibbi prosedurları gözləməklə yaşadıqları evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.