3 mindən çox müəllim namizəd biliyini sınayacaq

11:10 14.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 14-də 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi davam edir.

 

Təhsil Nazirliyindən hafta.az-a verilən məlumata görə, bu gün riyaziyyat, kimya, Azərbaycan dili, rus dili və ədəbiyyatı fənləri üzrə müəllim olmaq istəyən namizədlər imtahan verir.

 

İmtahanlarda gün ərzində fənlər üzrə ümumilikdə 3186 namizədin iştirakı gözlənilir.