Yazını böyüt
Yazını kiçilt
Salyanda 3 otaqlı evdə yanğın hadisəsi qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, rayonun Arbatan kəndində ümumi sahəsi 120 m2 olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları, qamışdan ibarət tavanı və 2 ədəd pəncərəsi yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.