Pakistan rəsmiləri ölkədə qeyri-qanuni mühacirlərə qarşı deportasiya kampaniyası çərçivəsində indiyədək 300 mindən çox əfqan qaçqının ölkəni tərk etdiyini bildirib.
Hafta.az-ın yazdığına görə, ötən ay Pakistan qeyri-qanuni və ya sənədsiz əfqan qaçqınların kütləvi deportasiyasının başlandığını bildirdi və bu addım Qərb hökumətləri və beynəlxalq insan haqları qrupları tərəfindən tənqid edildi.
Rəsmilərin məlumatına görə, o vaxtdan bəri 305462 əfqan qaçqın ölkədən çıxarılıb.
Deportasiya prosesinə nəzarət edən yüksək rütbəli məmur bildirib ki, 209550 nəfərin əksəriyyəti sərhədi Pakistanın şimal-qərbindəki Hayber Paxtunxva əyalətindən keçib.
Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətinin mərkəzi Kvetta şəhərinin komissarı Həmzə Şefkat əyalətdəki keçid məntəqələrindən 95912 nəfərin Pakistanı tərk etdiyini açıqlayıb.
Rəsmi bildirib ki, hər gün 4 mindən çox qaçqın Torxam sərhəd qapısı vasitəsilə ölkəni tərk edir.
Hökumətin məlumatına görə, Pakistanda təxminən 4,4 milyon əfqan qaçqın yaşayır və onlardan 1,7 milyonunun lazımi sənədləri yoxdur.