300 mindən çox vətəndaşımıza ünvanlı sosial yardım verilir - Nazir

13:31 14.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Son 5 ildə Azərbaycanda minimum pensiya 2.5 dəfə artıb, orta pensiya 2.4 dəfə artıb və ən hassas kateqoriyadan olan insanlarımız - sosial müavinət alan, əlilliyi olan insanlarımız, çox uşaqlı ailələr, yaşa görə müavinət alan insanlarımızın ödənişləri isə 5 dəfə artıb.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən iclasında deyib.

Nazir qeyd edib ki, bu gün 300 mindən çox vətəndaşımıza ünvanlı sosial yardım verilir.

S.Babayev bildirib ki, ölkəmizdə həyata keçirilən islahatların əsas istiqaməti məhz aztəminatlı, azgəlirli, sosial cəhətdən həssas insanların gəlirlərinin artırılmasıdır.

Oxunma sayı 54