36 nəfər COVID-19-a yoluxub, ölən yoxdur

17:05 03.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 36 yeni yoluxma faktı qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 793 371 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 442 nəfər müalicə olunaraq sağalıb, 9 717 nəfər vəfat edib, aktiv xəstə sayı 212 nəfərdir.

Ölkədə son sutka ərzində 2 117, hazırkı dövrədək isə 6 970 953 test aparılıb.

Oxunma sayı 166