38 min 766 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub - Yol polisi

10:12 25.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar 24 gün ərzində inzibati məsuliyyətə cəlb edilən hərəkət iştirakçılarının sayını açıqlayıb.

İdarədən hafta.az-a bildiriblər ki, aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 38 min 766 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub.