İngiltərədə həbsxanalardakı yer problemi səbəbiylə 4,6 il müddətinə qədər cəza çəkənlərin azadlığa buraxılması məsələsi gündəmə gəlib.
Hafta.az-ın “The Telegraph”a istinadən yazdığına görə, Böyük Britaniya Ədliyyə Nazirliyi tərəfindən hazırlanan yeni tənzimləmə ötən il ərzində 4 mindən çox insanın həbsindən sonra qəbul edilib. Yeni tənzimləmə ilə həbsdən çıxanların ev dustaqlığında qalma müddəti 135 gündən 180 günə qaldırılıb.
Böyük Britaniyada həbsxana qaydalarına görə, bir çox cinayətlərə görə cəzanın yarısını çəkdikdən sonra avtomatik azadetmə həyata keçirilir.
Yeni tənzimləmə ilə 4 il həbs cəzası alan oğru cəmi 18 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına göndəriləcək. Britaniya mətbuatının yazdığına görə, tənzimləmədən ən çox faydalanacaq məhkumlar oğurluq və dələduzluq kimi cinayətlərə görə məhkum olunanlar olacaq.
Ədliyyə Nazirliyinin iyunun 6-da qüvvəyə minməsi gözlənilən tənzimləmə ilə 400-600 adamın həbsxanadan çıxması gözlənilir.
Bununla belə, ekspertlər hesab edirlər ki, ölkə daxilində əlavə 20 min polis qüvvəsi işə götürüldüyü üçün həbsxana “sakinləri” 80 mindən 100 minədək arta bilər. Hökumət isə növbəti addım kimi riski az olan məhbusları müvəqqəti evə buraxmağı düşünür. Bu icazə ilə məhkumların işə getməsinə və 4 gün evdə qalmasına icazə verilir.
Reqlamentin ictimai müzakirə olmadan hazırlandığını deyən keçmiş Qurbanlar üzrə Müvəkkil Dame Vera Bayrdin sözlərinə görə, yeni tənzimləmə hökumətin cinayətə sıfır dözümlü yanaşmasına ziddir. Bayrd xəbərdarlıq edir ki, tənzimləmədən xəbərsiz qurbanlar küçədə həbsxanadan çıxanlarla qarşılaşsa, nəticələri şoka sala bilər.