4 680 nəfər COVID-19-a yoluxub, 27 nəfər vəfat edib

18:22 07.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 680 yeni yoluxma faktı qeydə alınıb, 2 134 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış nəfər 27 vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 703 334 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 648 512 nəfər müalicə olunaraq sağalıb, 8 898 nəfər vəfat edib, aktiv xəstə sayı 45 924 nəfərdir.

Ölkədə son sutka ərzində 11 442, hazırkı dövrədək isə 6 278 899 test aparılıb.