4 ay komada qalan hərbiçimiz ŞƏHİD OLDU

11:45 28.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

19 sentyabrda düşmən təxribatının qarşısı alarkən ağır yaralanan və komada olan hərbi qulluqçumuz Bakı şəhərində şəhid olub.

 

Hafta.az-ın məlumatına görə, şəhidimiz Tovuz rayon Qaraxanlı kənd sakini 2002-ci il təvəllüdlü Qasımov Hacıəli Tahir oğludur.

 

Şəhid Hacıəli Qasımovun doğulduğu kəndə dəfn ediləcəyi bildirilir.