4 gün öncə itkin düşən kişinin meyiti tapıldı  

16:39 12.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıt şəhərində 4 gün öncə itkin düşən kişinin meyiti tapılıb.

 

Hafta.az xəbər verir ki, meyit Ceyranbatan bağlar ərazisində aşkarlanıb.

1976-cı il təvəllüdlü Abdullayev Rüfət Sovet oğluna məxsus meyit aidiyyəti üzrə təhvil verilib. Onun öldürüldüyü ehtimal olunur.

 

Faktla bağlı araşdırma aparılır.