4 il əvvəl atası tərəfindən öldürülən qızın FOTOsu

14:43 22.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xəbər verdiyimiz kimi, Ağdamda 4 il əvvəl itkin düşən qızın atası tərəfindən öldürülərək həyatyanı sahədə basdırıldığı ehtimal olunur.

Hafta.az xəbər verir ki, Ağdam rayonunun İmamqulubəyli qəsəbəsində yaşayan 24 yaşlı Nərgiz Nəcəfova 2020-ci ilin mart ayında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmamışdı.

Nərgiz Nəcəfovanın atası Nəcəfov Şikar Süleyman oğlu 4 il əvvəl 24 yaşlı qızını öldürərək həyatyanı sahədə basdırmaqda ittiham olunur.

 

Hazırda hüquq-mühafizə orqanları tərəfindən həmin əraziyə baxış keçirilir. Hələ ki, Nərgiz Nəcəfovanın meyiti tapılmayıb.trend

Oxunma sayı 56