Yazını böyüt
Yazını kiçilt
“Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyaları davam edir.
İB-dən hafta.az-a bildirilib ki, növbəti həftə (sentyabrın 26-27 və 29-30 tarixləri) daha 4 rayonda saat 11:00-dan 12:00-dək “Azəriqaz”ın “Açıq mikrofon” aksiyaları keçiriləcək.
Aksiya həftənin 1-ci günü Xaçmaz rayonunda (Heydər Əliyev küçəsi, Zəfər Parkı), 2-ci günü Şabran rayonunda (Heydər Əliyev Mərkəzinin qarşısı), 4-cü günü Quba rayonunda (Heydər Əliyev prospekti, Gənclər Parkı), 5-ci günü isə Qusar rayonunda (Heydər Əliyev Mərkəzi) baş tutacaq.
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.