40 minə yaxın qadın eyni paltarda eyni anda rəqs etdi

09:05 27.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistanın Qucarat əyalətində yerləşən Dvarka şəhərində həftə sonu təəccüblü mənzərələr yaşanıb. Bazar günü - dekabrın 24-də on minlərlə oxşar geyimli qadın şəhərdə xüsusi olaraq yaradılmış nəhəng dairədə bir araya gələrək rəqs ediblər.

Hafta.az-ın yazdığına görə, “Böyük Raas” kimi tanınan bu qeyri-adi tamaşada təxminən 40 min qadın iştirak edib. Qırmızı və sarı rənglərdən ibarət xüsusi paltar geyinmiş qadınlar qızılı qum üzərində eyni vaxtda rəqs edirdilər.

Qədim sahilyanı Qucarat şəhəri olan Dvarkanın Tanrı Krişna adlı hindu tanrısının iqamətgahı olduğuna inanılır. Qadınların Tanrı Krişnanı bu rəqslə xilas etdiyinə inanılır. Raas rəqsinin 5 min il əvvələ aid olduğu təxmin edilir.

On minlərlə qadının qatıldığı bu nəhəng tədbir təəccüblü görüntülərə şahidlik edib. Eyni zamanda rəqs edən qadınların havadan görüntüləri tamaşaçılara əyani ziyafət verib.

Dünyanın hər yerindən turistlər də tədbiri izləmək üçün bölgəyə gediblər.