Moskvada evli qadınlar arasında keçirilən "Miss Rusiya 2024" gözəllik müsabiqəsinin finalı keçirilib.
Hafta.az-ın “Moskviçmaq” jurnalına istinadən yazdığına görə, tədbirdə ölkənin hər yerindən 39 evli qadın yarışmacı mübarizə aparıb və onlardan 13-ü çoxuşaqlı ana olub.
Müsabiqənin qalibi Sankt-Peterburqdan olan 40 yaşlı Lüdmila Rojnevadır.
Qazaxıstanda doğulan Rojneva uşaqlığını Qafqazda keçirib, təhsilini Sankt-Peterburqda alıb. Sankt-Peterburq Sənaye Texnologiyaları və Dizayn Universitetini bitirib.
Həm də uğurlu sahibkar və üç uşaq anası olan Rojneva müsabiqədə böyük rəğbət qazanıb.
İkinci yeri Nijni Novqoroddan olan 35 yaşlı Darya Zaxarova tutub. Öz şəhərində mühüm gözəllik yarışması mükafatını qazanan Zaxarova gələn il keçiriləcək “Mrs. Globe 2024” yarışmasında Rusiyanı təmsil etmək niyyətindədir.