41 yaşlı kişini öldürən şəxs saxlanılıb

11:35 24.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda 41 yaşlı kişini evində qətlə yetirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, aprelin 23-də saat 20 radələrində paytaxtın Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsində yerləşən mənzillərdən birində 1982-ci il təvəllüdlü Namik İsrafilovun üzərində xəsarət izləri olan meyiti aşkarlanıb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan Rəsul Nəsib oğlu Ağazadə saxlanılaraq istintaqa təhvil verilib.