44 yaşlı kişini “tok” vurub

10:24 27.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda 44 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb, araşdırma aparılır.

 

Bu barədə hafta.az-a Baş prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, iyulun 26-ı saat 17 radələrində Suraxanı rayonu, Bülbülə qəsəbə sakini 1979-cu il təvəllüdlü Asəf Nəsrullayev yaşadığı evin yaxınlığında elektrik naqilini təmir edərkən cərəyan vurması nəticəsində ölüb.

 

Faktla bağlı Suraxanı rayon prokurorluğunda araşdırma aparılır.