46 nəfər COVID-19-a yoluxub

16:43 23.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 46 yeni yoluxma faktı qeydə alınıb, 61 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bazar günü hafta.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 822 954 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 812 662 nəfər müalicə olunaraq sağalıb, 9 937 nəfər vəfat edib, aktiv xəstə sayı 355 nəfərdir.

Ölkədə son sutka ərzində 1 886, hazırkı dövrədək isə 7 305 712 test aparılıb.