469 nəfər COVID-19-a yoluxub

18:15 07.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 469 yeni yoluxma faktı qeydə alınıb, 422 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 801 939 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 789 034 nəfər müalicə olunaraq sağalıb, 9 760 nəfər vəfat edib, aktiv xəstə sayı 3 145 nəfərdir.

Ölkədə son sutka ərzində 3 603, hazırkı dövrədək isə 7 069 761 test aparılıb.

Oxunma sayı 46